Zəfər günü şagirdlərin gözü ilə

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən 3”A” sinfində “8 Noyabr – Zəfər Günü” adlı rəsm müsabiqəsi keçirildi.
Sinif rəhbəri Leyla Orucəliyeva və UBR Mədinə İskəndərova şagirdlərə Vətən müharibəsində müzəffər ordumuzun qazandığı nailiyyətləri və vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə “Zəfər günü” haqqında geniş məlumat verdilər.
Sonra şagirdlər Zəfər günü ilə bağlı düşüncələrini çəkdikləri rəsmlərdə əks etdirdilər.