Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən 8 Noyabr – Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan 2”A” sinfinin rəhbəri Rəna Abdullayeva keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Daha sonra şagirdlərin ifasında şeirlər, musiqi və kopozisiyalar səsləndirildi.
Eyni zamanda “Vətən Müharibəsi” mövzusunda məktəblilərin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi