Zəfər bizimdir

Məktəbin fəaliyyət planına uyğun olaraq 8 noyabr "Zəfər günü" ilə bağlı 1 “B” sinfində təşkilat saatı keçirildi . Təşkilat saatının məqsədi şanlı qələbimizin 1 ilini qeyd etmək, şəhidlərin ölməz ruhunu yad etmək, şagirdlərdə vətənpərvərlik ruhunu möhkəmlətmək idi. Sagirdlər zəfərin simvolu olan xarı bülbülün rəsmini rənglədilər, şeirlər söylədilər, vətənpərvərlik ruhunda olan mahnılar oxudular, qələbə ilə bağlı slaydlar izlədilər.