44 günlük Vətən müharibəsində Zəfər günü

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2"B" sinif rəhbəri Şəbnəm Balayeva şagirdlərlə Zəfər tarixinə həsr olunmuş söhbət apardı. Şagirdlərə Azərbaycan tarixini yenidən yazan şəhidlər haqqında məlumat verildi. Müəllim bildirdi ki, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi dədə-baba yurdlarının 30 ildən sonra azad edilməsini reallaşdırdı.
Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.
Daha sonra 2"B" sinfinin adını daşıyan şəhidimiz Elyar Arif oğlu Vəliyev yad edildi. Şagirdlərə şəhidimiz haqqında geniş məlumat verildi.
Sonda şagirdlərin təqdimatında şeirlər, məlumatlar dinlənildi.Şagirdlərin çəkdikləri rəsmlər nümayiş olundu.