Qalib ölkənin zəfər bayramı!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2021-ci il tarixli F-429 nömrəli, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrlərinə məktəbin fəaliyyət planına uyğun olaraq 8 Noyabr “Zəfər günü” ilə əlaqədar bu gün “Qalib ölkənin zəfər bayramı!”adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himnin səsləndirilməsi və şəhidlərin ruhunun 1 dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Məqsəd Azərbaycan xalqının 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyəti və məzmununu şagirdlərə çatdırılması, Ali Baş Komandan cənab İlham Əliyevin vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasətin təbliği, vətənpərvərlik istiqamətində görülən işlərin təkmilləşməsi,  şagirdlərə orduya rəğbət, vətənə, xalqa məhəbbət hissinin aşılanmasıdır. Məktəbin direktor əvəzi Səfa Orucəliyev tədbirdə çıxış edərək 30 illik bir işğalın 44 günə sona çatmasında böyük rol oynayan Azərbaycan Respublikasının pezidenti, Ali Baş Komandan İlham Əliyevin  uzaq görən siyasətindən və vətən oğullarımızın qorxmazlığı, igidliyindən və eyni zamanda müharibədən sonraki dövrdə dövlətimizin cənab İlham Əliyevin şəhid və qazi ailələrinə görsətdiyi diqqət və qayğıdan danışdı.

Tədbirdə vətən müharibəsi iştirakçıları həmçinin, məktəbimizin məzunları Taleh Həsənov və Şəhriyar Nadirli iştirak etdilər.  Tədbir şagirdlərin qələbə, vətən şəhidləri, Qarabağ haqqında kompozisiyası ilə davam etdi. Sonda 44 gün ilə bağlı keçirilən tədbirlərdə fərqlənən şagirdlər fəxri-fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi