“Vətənin qəhrəman oğulları” adlı şagird təqdimatı müsabiqəsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Zəfər günü ilə bağlı əmrinə və məktəbin fəaliyyət planına əsasən “Vətənin qəhrəman oğulları” adlı şagird təqdimatı müsabiqəsi keçirildi. Məqsəd 44 günlük müharibədə canından keçmiş igid oğullarımızın şanlı zəfər yolunun təbliği, şəhidlərimizin ruhuna hörmət və ehtiram hissinin aşılanması, şagirdlərdə hərbi-vətənpərvərlik hissinin formaşlaşdırılması Vətənə, torpağa məhəbbət hissinin gücləndirilməsidir. Müsabiqədə 8”A”, 8”C”, 9”A” sinif şagirdləri fəal iştirak etdilər. Slaydlar təqdim olundu. 9”A” sinif şagirdi Q.Səbinə slaydını vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadəyə həsr etmişdi. O, təqdimatında Cəbrayıl Dövlətzadənin qısa və şərəfli ömrünə, belə igidi yetişdirən ananın oğlu haqqında dediyi sözlərə yer vermişdi. 8”A” sinif şagirdi M.Aişə şəhidlərin vətənə əmanət övladları haqqında təqdimat hazırlamışdı. Həmin sinfin şagirdi D.Günay məktəbimizin yetirməsi olan Səbuhi Orucov haqqında slayd hazırlamışdı. Daha sonra M.Tamilla, 8”C” sinif şagirdi K.Şövkət təqdimatlarını nümayiş etdirdilər.
Tədbirin sonunda Uşaq birliyi rəhbəri Mədinə İsgəndərova şanlı zəfər yolundan bəhs etdi. O, igid əsgərlərimizin şücaətindən, öz canlarından, doğmalarından keçib ömürlərini vətənə qurban vermələrindən ətraflı danışdı.