“Aşıq Ələsgər və Azərbaycan folkloru” müsabiqəsinin birinci mərhələsi keçirildi

   21.10.2021 – ci il tarixində Azərbaycan Respublikası  Təhsil nazirinin  26.07.2021 – c il tarixli  F  -372  nömrəli əmri ilə  təsdiq olumuş  “Aşıq Ələsgərin 200 illik yubileyinin  qeyd edilməsi  ilə bağlı Təhsil Nazirliyinin  Tədbirlər Planı” na uyğun olaraq məktəbimizdə “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin I mərhələsi keçirildi.  Müsabiqədə şagirdlər şeir , mahnı və yaradıcı iş olmaqla 3 nominasiya üzrə iştirak etdilər. Şeir müsabiqəsi üzrə 8 "A" sinif şagirdi Əliyev Əli qalib oldu. Esse üzrə 7 "B" sinif şagirdi S.Aytac, 9 “A” sinif şagirdi A . Mustafa , təqdimat üzrə 9 “A” sinif şagirdləri  Q. Səbinə ,  Ə. Musa , mahnı müsabiqəsi üzrə 9 “B” sinif şagirdi  P.Turan , şeir müsabuqəsi üzrə  9 “A”sinif şagirdi H.Zeynəb , 10 “B”sinif şagirdi S.Fatimə  və 8 “C”  sinif şagirdi M.Şəhrizad fərqləndilər.  Yaradıcı iş nominasiyasının təsviri incəsənət istiqaməti üzrə  9 “A” sinif şagirdi K.İsanın təqdim etdiyi rəsm əsəri də fərqləndirici mükafatla təltif olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi