“Sağlam nəsil sağlam cəmiyyət deməkdir” adlı dəyirmi masa təşkil olundu

21.10.2021 tarixində 8”A” sinfində “Sağlam nəsil sağlam cəmiyyət deməkdir” adlı dəyirmi masa təşkil olundu. Burada əsas məqsəd sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, gigiyenik qaydalara əməl etməyin vacibliyini vurğulamaq idi. Tədbiri təşkil edən Uşaq birliyi rəhbəri Mədinə İsgəndərova bildirdi ki, yaşadığımız pandemiya şəraitində gigiyenik qaydalara əməl etməyi unutmamalı, həm özümüzün, həm ailəmizin, həm də yoldaşlarımızın sağlamlığını düşünməliyik. Həmçinin o, yeniyetmə dövründə riayət edilməli olan bəzi məsələlərə də toxundu. Daha sonra sinif rəhbəri Rahilə Novruzlu öz fikirlərini bildirdi.

Məsələ ətrafında diskussiya təşkil olundu. Şagirdlərdən F.Tacir, K.Aysu, D.Sinan fəal iştirak edərək fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi