Qalib Azərbaycan Ordusu
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Zəfər günü ilə bağlı əmrinə və məktəbin fəaliyyət planına əsasən 3 ”B” sinfində Zəngilanin işğaldan azad olunması günü ilə bağlı tədbir keçirildi. Sinif rəhbəri Könül Aslanova 44 günlük müharibə ilə bağlı şagirdlərə məlumat verdi. Məqsəd şagirdlərə vətənə olan sevgi hisslərini dərinləşdirmək, Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir. Şagirdlər tədbirdə öyrəndikləri şeir, məlumatlari və rəsmləri təqdim etdilər.