“Aşıq Ələsgər və Azərbaycan folkloru” adlı inşa müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 19.10.2021 tarixində  7”A” sinfində “Aşıq Ələsgər və Azərbaycan folkloru” adlı inşa müsabiqəsi keçirildi. Müsabiqənin əsas məqsədi ana dilimizin saflığını, hüdudsuz ifadə imkanlarını özündə birləşdirən Aşıq Ələsgərin yaradıcılığı ilə şagirdləri daha yaxından tanış etmək, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti haqqında məlumatlarını genişləndirmək, yazı bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri müəyyən etmək idi. Müsabiqəni təşkil edən Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Novruzlu ilk öncə müsabiqənin təşkili məqsədi və şərtləri barədə şagirdləri məlumatlandırdı. Müsabiqənin gedişinə Rahilə Novruzlu və kitabxanaçı Aytən Məmmədova nəzarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi