“18 Oktyabr-Dövlət müstəqillyinin bərpası” günüdür mövzusunda dəyirmi masa keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 8 “A” sinif şagirdləri ilə birlikdə 18.10.2021-ci il tarixində “18 Oktyabr-Dövlət” müstəqillyinin bərpası” günüdür mövzusunda dəyirmi masa keçirildi. Məqsəd Dövlət müstəqilliyinin bərpasının, müstəqilliyini necə şirin bir nemət olduğu bir daha şagirdlərin nəzərinə çatdırmaq idi.  Tarix müəllimi  Zərxanım Zülfüqarova çıxış edərək dövlət müstəqilliyinin bərpası günü  münasibətilə şagirdləri təbrik etdi. Sonra o qeyd etdi ki, indiyə qədər 28 may Respublika Günü kimi,18 oktyabr Müstəqillik Günü kimi qeyd edilirdi. Bu ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 28 may Müstəqillik Günü,18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur. Bəli müstəqillik böyük nemətdir. Zaman –zaman ölkəmiz ayrı-ayrı  dövlətlər tərərfindən işğal olunub, başımıza olmazın müsibətlər gəlib. Ancaq sonunda çox şükür ki, 30 il əvvəl, yəni 1991-ci il 18 Oktyabrda 1918-ci ildə 28 maydakı müstəqilliyimiz bərpa olundu. Sonra şagirdlərdən Tacir, İlahə, Turan, Əli, çıxış ederək bir əsrdə iki dəfə müstəqil olmağımızdan danışdılar. Şadirdlər qeyd etdilər ki, bu ilki bayrımın, digər illərdəkindən fərqi odur ki, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunmuş bir dövlət kimi ilk dəfə olaraq Zəfər çalmış bir xalq kimi qeyd edirik.

 Tədbirdə məktəbin direktoru Səfa Orucəliyev və UBR- rəhbəri Mədinə İsgəndərova da iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi