18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı sinif təşkilat saatı keçirildi
Bakı şəhəri Təhsil İdarəsinin 8 sentyabr 2021-ci il tarixli F-191 №li əmrinə və məktəbin illik fəaliyyət planına uyğun olaraq 1 "A" sinfində 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə bağlı sinif təşkilat saatı keçirildi. Məqsəd böyüməkdə olan nəslə dədə-babalarımızdan bizə miras qalan doğma vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, şagirdlərdə milli vətənpərvərlik ruhunu yüksəltməkdir. Sinif rəhbəri Sevinc Məmmədova kiçik yaşlı məktəblilərə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırdı. Birincilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, rəsmlər çəkdilər.