Disskusiya keçirildi
Fəaliyyət planına əsasən fənlər arası ınteqrasiya barədə 8 “C” sinif şagirdləri arasında disskusiya keçirildi. Disskusiya zamanı şagirdlər maraqlı faktlar söylədi. Riyaziyyat və coğrafiya fənnindən kəşfləri olan Arestote, Pifaqor, Nəsrəddin Tusi haqqında fikir mübadilələri oldu. Diskussiyada riyaziyyat müəllimi Ramilə Nəbiyeva və coğrafiya fənn birləşmə rəhbəri Aytən Məmmədova iştirak etdi. Məqsəd elmlər arasında əlaqələrin olduğunu daha da dərindən öyrənməkdir.