Kontur xəritə üzrə işlər keçirildi
18 oktyabr Fizulinin alınması günü ilə əlaqədar olaraq 6 “B” sinfində kontur xəritə üzrə işlər keçirildi. Azərbaycan Respublikasının Konstitusiyasının 109 maddəsinin 32-ci bəndinə əsasən prezident İlham Əliyev iqtisadi rayonların bölgüsünü təsdiq edilib. Yeni xəritə barədə coğrafiya müəllimi Vüsalə Məmmədova müəllimə məlumat verdi. Fizuli rayonunun relyefi, iqlimi, təbii şəraiti barədə şagirdləri tanış etdi. Məqsəd işğaldan azad olunan yerlərimizin alınmasında hərbçilərimizin necə çətin dağlıq relyefdə vuruşduğunu bildirmək idi.