Aşıq Ələsgər - 200

Azərbaycan Respublikası təhsil nazirinin  26.07.2021 – ci il tarixli F – 372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərinm 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin  Tədbirlər Planı” nı  icra etmək məqsədilə məktəbimizdə  silsilə tədbirlər keçirilir. Dərs ilinin əvvəlindən etibarən  şagirdləri  ustad sənətkarın  həyat və yaradıcılığı , Azərbaycan  folkloru və xalq ədəbiyyatının  mühüm hissəsi olan  aşıq sənəti ilə tanış etmək , istedadlı şagirdləri  üzə çıxırmaq , onların  bədii- estetik səviyyəsini  yüksəltmək  və yaradıcılıq potensialını inkişaf etdirmək , yaradıcı məktəblilərə  dəstək olmaq üçün ədəbiyyat müəllimləri müxtəlif  siniflərdə əhatəli tədbirlərə  start vermişlər

 13.10.2021 – ci il tarixdə məktəbin direktoru Orucəliyev Səfa müəllimin  rəhbərliyi ilə  keçirilən  yığcam iclasda  “Aşıq Ələsgər və Azərnaycan folkloru” mövzusunda  yaradıcılıq müsabiqəsinə  hazırlıq məsələləri müzakirə olundu.

  Azərbaycan dili – Ədəbiyyat fənn birləşməsinin sədri Zalova Kəminə  ədəbiyyat müəllimləri arasında iş bölgüsü haqqında məlumat verdi.       Fənn müəllimlərindən  Ə.Əntiqə və N.Rahilə  esse , məqalə,  təqdimat   müsabiqələrinin  elan edildiyini bildirdilər. Şeir müsabiqəsinə hazırlıq məqsədilə  ifadəli oxu , bədii qiraətin təşkili ilə bağlı əlavə  işin həyata keçirildiyi vurğulandı.  “Ədəbiyyat biliciləri” klubunun üzvləri ilə birlikdə Aşıq Ələsgərin  yaradıcılığını əhatə edən stendin hazırlanması ilə bağlı məlumat verildi 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi