Sinif nümayəndələrinin yığıncağı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq sinif nümayəndələrinin yığıncağı keçirildi. Məqsəd məktəbdə fəal həyat tərzinin formalaşdırılması, təşkilatçılq, özünü idarənin əsas sirlərini mənimsəməkdir. Yığıncağın açılışını edən Uşaq Birliyi Rəhbəri Mədinə İskəndərova bildirdi ki, hər bir şagird etik-davranış qaydalarına hörmətlə yanaşmalı və onlara əməl etməlidir. O həmçinin sinif nümayəndələrinin vəzifələri haqqında məlumat verdi. İclasda sinif nümayəndələrinin qarşıda duran vəzifələrində bəhs etdi. Sinif nümayəndələrinin təklifləri dinlənildi. Nümunəvi sinif nümayəndələrindən 11 “B” sinif şagirdi Əlizadə Rəqsanə, 7 “A” sinif şagirdi Hacılı Aminə, 9”A” sinif şagirdi Quliyeva Səbinə çıxış edərək öz gördükləri işləri şagird yoldaşları ilə bölüşdülər, təkliflər verdilər.