"Şəhidlər ölməz" adlı şeir müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21.02.2021-ci il tarixli, F-450 nömrəli əmri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 23.09.2021-ci il tarixi F-202 nömrəli əmrinə və məktəbin fəaliyyət planına əsasən I-IX sinif şagirdləri arasında “Şəhidlər ölməz” adlı şeir müsabiqəsi təşkil olundu. Müsabiqənin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və onların əziz xatirəsini daim anmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarət idi. Uşaq Birliyi Rəhbəri Mədinə İsgəndərova tərəfindən təşkil olunan müsabiqədə münsiflər heyətində Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəminə Zalova, Rahilə Novruzlu iştirak etdilər. Müsabiqənin açılışını edən Mədinə İsgəndərova 44 günlük şanlı zəfər yolundan söz açdı, vətən oğullarının şücaətindən bəhs etdi.

Müsabiqədə müxtəlif yaş qruplarından olan şagirdlər iştirak etdilər. Onlar şəhidlərimizə həsr olunmuş şeirləri səsləndirdilər. Müsabiqədə 1”A” sinfindən H.Mələk, N.Fatimə, 2”A” sinfindən M.Məhəmməd, H.Turan, 3”B” sinfindən H.Nilay, M.Dilbər, Q.Qətibə, 3”C” sinfindən Z.Rüqəyya, 4”A” sinfindən Ə.Fərid, 4”B” sinfindən Ş.Zeynəb, Z.İbrahim, Z.Leyla, 4”C” sinfindən Q.Abbas, 8”A” sinfindən D.Günay xüsusilə fərqləndilər. Seçilən uşaqlar növbəti mərhələyə keçməyə haqq qazandılar.

Şeir müsabiqəsinin final mərhələsi 04.11.2021 tarixində təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi