Kiçik beşyaşlıların ilk dərs günü

Oktyabrın 1-də məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir. Məktəbimizdə 2 məktəbəhazırlıq qrupu var. Məktəbin direktor əvəzi Səfa Orucəliyev və UBR-rəhbəri Mədinə İskəndərova şagirdlərlə tanış oldular, onlara ilk qədəmlərində uğurlar arzuladılar, öz tövsiyələrini verdilər və valideynlərini təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi