Dəyirmi masa keçirildi
29 sentyabr 2021-ci il tarixdə XI "A" şagirdləri ilə "Qəhramanlar can verir, yurdu yaşatmaq üçün" mövzusunda dəyirmi masa keçirildi.
Məqsəd 44 günlük müharibədə torpaq uğrunda canından keçmiş şəhidlərimizi bir daha yad etmək idi. Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova əvvəlcə ikinci Qarabağ müharibəsi haqqında şagirdlərə ətraflı məlumat verdi. O qeyd etdi ki, bu müharibə iyulun 14- də general Polad Həşimov və onun yoldaşlarının ölümü ilə başladı. Müharibə bizim üçün çətin olduğu qədər, həm də şərəfli oldu. Düzdür biz 2907 nəfər şəhid verdik. Həm də 7 nəfər itkin hesab olunur, ancaq müharibə itkisiz olmur. Əvəzində 30 illik həsrətə son qoyuldu.
Sonda məktəbin UBR sədri Mədinə İskəndərova çıxış edərək Qarabağ zəfərinin qazanılmasında ordu ilə xalqın birliyinin, Ali Baş komandan İlham Əliyevin yorulmadan apardığı siyasətin rolunu qeyd etdi. O qeyd etdi ki, bəli bu zəfərin qazanılmasında bütün Azərbaycan xalqı iştirak edirdi.
Sonda şəhidlərimizə allahdan rəhmət, qazilərimizə şəfa dilədik. Qarabağ Azərbaycandır!