“Biz hüquqlarımızı necə bilirik”

Məktəbin fəaliyyət planına uyğun olaraq   8”B” və  7”C” sinif şagirdlərinin iştirakı ilə “Biz hüquqlarımızı necə bilirik” adlı seminar təşkil  olundu. 20 noyabr tarixi   Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları  Konversiyasınının (1989) RMT-nin Baş  Assambleyası  tərəfindən qəbul  edildiyi gün Ümumdünya Uşaqlar günü kimi qəbul olunur. Bəyənnamə “Uşaqların xoşbəxt böyümələrini, həmçinin uşağın cəmiyyətin rifahı naminə burada göstərilən hüquq və azadlıqdan istifadə etmələrinin təmin etmək məqsədi ilə" qəbul olunmuşdur. Artıq neçə ildir ki Uşaq Hüquqları pilləli tədris proqramı uğurla davam etdirilir. Uşaq hüquqları üzrə pilləli tədris sistemi Usaq Hüquqlarının tədris baxımından müsbət təcrübə formaladırmaqla yanaşı uşaqlara cəmiyyətin həyatında iştirakçılıq bacarıqlarını aşılayır. Hamımız Uşaq Hüquqları ideasını yayılmasında məsuliyyət daşıyırıq və Uşaq Hüquqları Bəyannaməsi prinsiplərinə uyğun yaşamağa səy göstməliyik. Seminarda şagirdlər öz Hüquq və vəzifələri haqqında  sərbəst fikirlərini ifadə etdilər. Seminarda UBR Mədinə İskəndərova 8 "B" sinif rəhbəri Cəlilova Sima iştirak etdi. Sonda şagirdlərin hazırladıqları slad nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi