Ədalət günəşinin doğduğu gün – 27 Sentyabr

 Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.09.2021-ci tarixli, F-429 nömrəli əmri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli, F-191 nömrəli əmrlərinə  və məktəbin fəaliyyət planına uyğun olaraq məktəbdə 27 Sentyabr Anım Günü ilə bağlı " Ədalət Günəşinin doğulduğu gün" adlı tədbir keçirildi.

Tədbirdə dövlət himni səsləndi.Məktəbin direktor əvəzi Səfa Orucəliyev giriş sözü ilə tədbiri açaraq bu günün 30 illik torpaq həsrətinə son qoyulacaq anın ilk günü olduğunu qeyd etdi.

Şəhidlər bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin şəhidi Səbuhi Orucovun anası Narınc Orucovanın  sözləri hamını kövrəltdi.

Döyüşçü məzunlarımız: Abbas Məmmədov, Taleh Həsənov, Elvin Hüseynli, Ramazan Mustafazadə 44 günlük müharibədə göstərdiyi igidliklərdən danışdılar.

Şagirdlər " Qalib Azərbaycan xalqı" və Müzəffər Ali Baş Komandanı ideyalarını əks etdirən şeirlər, kompazisiyalar, qəhrəmanlıq mahnıları ilə əks etdirdilər.

Şəhidlərin  ruhu qarşısında baş əyirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi