44 günlük müharibənin hərbi qənimətləri
Məktəbin fəaliyyət planına uyğun olaraq 24.06.2021 -ci il tarixində 8 "B", 6 "A", 6 "C" şagirdlərinin bir hissəsi, müəllimlərdən Fərqanə Əkbərova, Afət Xudai, Aytən Məmmədova, Zərxanım Zülfüqarova, Nərminə Cabbarova " Hərbi qənimətlər parkı"nda ekskursiyada oldular. Məqsəd 2-ci Qarabağ savaşının nəticələrindən olan hərbi qənimətləri görmək , şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq idi. Bütün bunları gördükcə Azərbaycan ordusunun 44 günlük müharibədəki şücaəti bir daha insanda qürur hissi yaradırdı. Sonda şagirdlər müəllimlərə birlikdə müxtəlif texnikaların qarşısında şəkillər çəkdirdilər.