Təbiət qoynunda biologiya dərsi
Yay məktəbinin daha maraqlı təşkil olunması, şagirdləri həvəsləndirmək, motivə səbəb situasiyalar təlimin yüksəlməsinə təkan verir. Təbiət qoynunda biologiya dərsinin təşkil olunması şagirdlərin öyrənməyə marağını daha da artırır.
Yarpaqların xarici quruluşunu , gövdə üzərində quruluşunu, damarlanmasını, formaca müxtəlifliyini təkrar edərək canlı bitkilər üzərində öyrəndikləri bilikləri bir daha möhkəmləndirdilər.