"Əylənərək öyrənək"
Məktəbin riyaziyyat müəllimi İsmayılova Günel “Yay məktəbi” çərçivəsində 8 “B” sinfində riyaziyyatdan “Fiqurların sahəsi” mövzusunda dərs keçdi. Məqsəd şagirdlərin “Yay məktəbi”ni daha maraqlı və əyləncəli keçirmək, mənimsənilməsi nisbətən çətin olan mövzuları oyunlar vasitəsilə yenidən təkrarlamaqdır. Dərs zamanı müəllim “Lövhəyə hücum” metodundan istifadə etdi. Beləki, sinif 3 komandaya bölünərək lövhəyə yapışdırılmış sualları daha çox sual və tez cavablandırmalı idilər. Komandalara ayrılan vaxt ərzində lövhədən seçdikləri sualları cavablandıraraq, I , II və III yeri qazandılar.