21 iyun — Bu gün Ümumdünya Musiqi Günü qeyd olunur
Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bu münasibətlə 2 “A” və 3 “C” sinif şagirdləri dünya musiqi gününə həsr olunmuş musiqi yarışı keçirtdilər. Yarışda milli və dünya musiqisindən nümunələr səsləndirildi. Şagirdlər mahnılar tapıb yarışaraq əyləndilər və rəqs etdilər.