Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş yarış keçirildi

6”A” sinfində yay məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş yarış keçirildi. Yarışın məqsədi uşaqlar arasında sağlam rəqabət yaratmaq, dərsə maraq oyatmaq idi. Yarışın əvvəlində Coğrafiya müəllimi Vüsalə Məmmədova qəhrəmanın həyatı, uzanan yolu haqqında məlumat verdi. O, qeyd etdi ki, Mübariz İbrahimov misli görülməmiş cəsarət və igidlik göstərərək adını tarixə yazmışdır. Daha sonra şagirdlərə yarışın şərtləri barədə məlumat verildi. Şagirdlər adı çəkilən dağları qlobus və xəritələrdə tapmağa çalışdılar. Yarışda İsmayılzadə Xədicə, Bədirli Nərgiz fəal iştirak etdilər.