Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 6”A” sinfində Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirin məqsədi böyük söz ustadının həyat və yaradıcılığı ilə uşaqları daha yaxından tanış etmək, onlarda ədəbi şəxsiyyətlərimizin əsərlərinə qarşı maraq oyatmaq idi. Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Novruzlunun çıxışı ilə başladı. O, respublikamızda dahi şəxsiyyətlərin, şair və yazıçıların yubileylərinin təşkil olunmasına xüsusi diqqət verilməsindən bəhs etdi. Müəllim əlavə etdi ki, 2 əsr əvvəl dünyaya gəlmiş haqq aşığının şeirləri dillər əzbər olmuş, sağlığında məclislərin əvəzsiz sənətkarı olmuşdur. Həmçinin Aşıq Ələsgərlə bağlı dillərdə dolaşan xeyli rəvayətin olduğu da vurğulandı.

Şagirdlərdən H.Aminə Aşıq Ələsgərin “Dağlar” şeirini səsləndirdi. Daha sonra aşığın başqa “Dağlar” şeiri də olduğunu söylədi. H.Aminə vurğuladı ki, Aşıq Ələsgər erməni vandalları  ucbatından doğma elindən didərgin düşmüş, illər sonra vətənə qayıtmış və el-obanın talan olmuş vəziyyətini 2-ci “Dağlar” şeirində təsvir etmişdir. M.İbrahim, İ.Xədicə və B.Sevil Aşıq Ələsgərin həyat və yaradıcılığı haqda təqdimat etdilər. Onlar təqdimatlarında Aşıq Ələsgərin yazdığı, xüsusi istedad tələb edən şeir nümunələrinə də yer vermişdilər.

Tədbirin sonunda Aşıq Ələsgərlə bağlı video nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi