Sınaq qiymətləndirmə keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 31 may 2021- ci il tarixdə məktəbimizdə IV və VIII siniflər üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən əyani sınaq qiymətləndirmə keçirildi. Sınaq qiymətləndirmədə IV siniflər üzrə 82, VIII siniflər üzrə 54 şagird iştirak etdi. Karantin qaydalarına ciddi əməl edilərək, 10 nəfər nəzarətçi müəllim siniflərə nəzarət etdilər. Məktəb rəhbərliyi sınaq qiymətləndirmənin gedişinə ciddi nəzarət etdilər.