"Bir kərə yüksələn bayraq bir daha enməz"

Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “A” sinfində "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir " adlı tədbir keçirildi. Məqsəd AXC-nin Azərbaycan tarixindəki yerini şagirdlərə mükəmməl şəkildə mənimsətmək idi. Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək bildirdi ki, tariximizin qara səhifələri olduğu kimi eyni zamanda onun şanlı səhifələri də olmuşdur. Belə şanlı səhifələrdən biri də Azərbaycan Xalq cümhuriyyətinin yaranması və fəaliyyətidir. Cümhuriyyət cəmi 23 yaşadı. Bu az müddətdə bəzi ölkələrin əlli ildə görə biləcəyi işləri gördü. 90 illik əsarətə son qoyuldu. Sanki Azərbaycan xalqının üzərinə azadlıq günəşi doğdu. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli ,  Fətəli xan Xoyski , Əlimərdan bəy Topçubaşov və daha neçə vətənpərvər azərbaycanlı şərqdə ilk demokratik respublikanın yaşaması və inkişafı üçün gecələrini gündüzlərinə qatıb yorulmadan çalışırdılar. Onlardan bəziləri ömürlük mühacir oldu , bəziləri isə hətta şirin canını belə bu amal uğrunda qurban verdi.Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Sonra şagirdlərdən Lalə, Nərgiz, Aişə, Fəxri, Fərid AXC-nin fəaliyyəti haqqında ətraflı məlumatlar verdilər. Tədbir Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarı ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi