“Həkəri-Bərgüşadlı Qubadlım” adlı onlayn  videoçarx nümayiş olundu

Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 16.11.2020 tarixli F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 Nömrəli əmrlərinə uyğun olaraq 7 "A" sinfində “Həkəri-Bərgüşadlı Qubadlım” adlı onlayn  videoçarx nümayiş olundu. Əvvəlcə şagirdlərdən H.Aminə Qubadlının tarixi haqda məlumat verdi. B.Nərgiz Qubadlı sözünün, İ. Xədicə Həkəri , H.Əli isə Bərgüşad sözlərinin etimologiyası haqqında olan fikirləri səsləndirdilər.

Daha sonra Qubadlı şəhəri haqqında slayd hazırlayan M.Ramalın təqdimatı izlənildi. Ə.Əmirxanın hazırladığı şəhid Xudayar Yusifzadənin könülləri fəth edən səsi ilə müşayiət olunan Qubadlı şəhərinin görüntüləri nümayiş olundu.Ə.Canpolad Qubadlının tarixi abidləri haqda məlumat verdi. İ.Xədicə Qubadlıya həsr olunan bir şeir oxudu.

 Şagirdlər işğaldan sonra çəkilən Həkəri çayının videolarını izlədilər. Dərs Qubadlı şəhərinin işğaldan azad olunması haqqında Ali Baş Komandan İlham Əliyevə raport verən əsgərlərin görüntüləri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi