Pedaqoji şura iclası keçirildi

Məktəb pedaqoji şurasının illik iş planına uyğun olaraq yığıncaq keçirildi.

Yığıncağın gündəliyi:

1.Təhsil nazirliyinin 07 may 2021 – ci il tarixli  F – 212 №li əmri.

2. IX siniflərdə sınaq qiymətləndirmənin nəticələri.

3. Kiçik Akademiyanın fəaliyyəti.

4. Cari məsələlər.

     Məktəbin direktor əvəzi Səfa Orucəliyev yığıncağı açaraq görülmüş işlərdən, məktəbin uğurlarından – XI sinif şagirdi Əliyeva Aidənin Azərbaycan dili və ədəbiyyat fənnindən respublika finalına ,6 şagirdin fənn müsabiqələrində şəhər turuna, 2 şagirdin Lutfi Zadə adına məntiq müsabiqəsində finala çıxmalarından danışdı.

     Məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova IX siniflərdə sınaq qiymətləndirmənin nəricələrinin zəif olmasından , “KA” – da yeni , yaradıcı şagirdlərin tədqiqat işlərinə maraq göstərmələrindən , kafedra müəllimlərinin yaradıcı şagirdlərlə işləmələrindən və görüləcək işlər haqqında məlumat verdi.

    Sinif rəhbərlərini, fənn müəllimlərini maraqlandıran suallar izah olundu , tövsiyələr verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi