Sən azadsan,Şuşa!
Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “A” sinfində Sən azadsan,Şuşa! adlı onlayn tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərin Şuşa və Qarabağ haqqında məlumatlarını zənginləşdirmək, onlara vətənpərvərlik ruhunu aşılamaq idi. Tədbirdə ilk öncə sinif rəhbəri Rahilə Novruzlu 8 may Şuşanın işğal tarixi haqqında məlumat verdi. Daha sonra 44 günlük zəfər yolunun böyük şanlı qələbəsi 8 noyabr Şuşanın işğaldan azad olunduğu tarix barədə məlumat verildi.
Şagirdlərdən Ə.Əli Şuşa şəhərinin tarixi haqqında məlumat verdi. O, bu şəhərin tarixinin Pənahəli xanla bağlı olmasını vurğuladı, daha sonra burada tikilən qalalar haqqında danışdı. A.Nərgiz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğunu vurğuladı. Daha sonra şəhərin yetişdirdiyi mədəniyyət və incəsənət xadimləri haqqında danışıldı. Müəllim şagirdlərə çatdırdı ki, mədəniyyət beşiyi olan Şuşanı Qafqazın konservatoriyası adlandırırlar.
Tədbirdə erməni vandalizminin Şuşa şəhərində və başqa işğal olunmuş bölgələrdəki izlərindən də danışıldı. Ağdam, Kəlbəcər, Füzulidə dağıdılmış, talan olunmuş abidələrdən söhbət açıldı. Bununla da şagirdlər mənfur düşmənin əməlləri ilə daha yaxından tanış oldular. Şuşada Vaqifin məqbərəsinin ilk və son halı göstərildi. Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə səfəri, məhz bu abidəni ziyarət etməsi və abidənin yenidən bərpasından danışıldı.
Tədbirin sonunda şəhid Xudayar Yusifzadənin ifası altında Şuşa şəhərinin görüntüləri nümayiş olundu.Sonda məktəbin direktoru Səfa Orucəliyev Şuşa ilə bağlı öz fikirlərini söylədi.