Dahi rəhbər

Məktəbin fəaliyyət planına uyğun olaraq  6”A” sinfində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi. Tədbirdə əsas məqsəd dahi liderin həyatı, Azərbaycan tarixində əvəzolunmaz rolu haqqında uşaqları daha ətraflı məlumatlandırmaq idi. Tədbir Azərbaycan dili və ədəbiyyatı müəllimi Rahilə Novruzlunun sözləri ilə başladı. O, Heydər Əliyevin xalqımızın həyatındakı rolundan bəhs etdi. Müəllim bundan başqa şagirdlərə 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi I dövrdə gördüyü işlərdən danışdı. Daha sonra sinif rəhbəri Nərminə Cabbarova çıxış etdi. O, şagirdlərə ümummilli liderin mədəniyyət, incəsənət sahəsinə necə qayğı göstərməsindən, iqtisadiyyatı dirçəltmək üçün gördüyü işlərdən danışdı.

Tədbirdə şagirdlərdən A.Aydan, M.Sədamil, H.Aminə Heydər Əliyev haqqında hazırladıqları təqdimatları nümayiş etdilər. A.Aydan təqdimatda Heydər Əliyevin hikmətamiz sözlərinə yer vermişdi.  İ.Xədicə, M.İbrahim dahi şəxsiyyətə ithaf olunmuş şeirlər söylədilər. Daha sonra İ.Xədicə və İ.Xanlar Heydər Əliyevin təhsil həyatı, ailəsi haqqında məlumat verdilər.

Tədbirin sonunda Heydər Əliyevin sevdiyi şeirlərdən olan Səməd Vurğunun “Azərbaycan” şeiri öz ifasında dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi