Reproduktiv sağlamlıq və ailə planlaşdırılması
Reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzusunda 9 “A” sinfində maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi reproduktiv sağlamlığa infeksiyaların təsiri, zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri, ailə planlaşdırılmasında toxunulan vacib məsələlər, reproduktiv sağlamlıq və sağlam həyat tərzinin əsas şərtlərini şagirdlərə çatdırmaq və məlumatlandırmaqdır. Reproduktiv sağlamlığın və sağlam yaşamağın əsas şərtləri: düzgün qidalanma, idman vərdişləri, iş rejimi, istirahət rejimi, cinsi tərbiyə xüsusilə vurğulanaraq məlumat verildi.