“Nizami dünyası adlı” intellektual müsabiqənin ilk mərhələsi keçirildi

                   Bakı şəhəri üzrə Təhsil İdarəsinin  12.03.2021 – ci il tarixli F -56 nömrəli əmri ilə təsdiq edilmiş   “Dahi Azərbaycan  şairi  və mütəfəkkiri  Nizami Gəncəvinin  880 illik yubileyinin keçirilməsi  ilə bağlı  Tədbirlər Planı”ın  6 – cı bəndinin icrasını təmin  etmək  məqsədilə 5.05.2021 -ci il tarixdə  məktəbimizdə  “Nizami dünyası” adlı  intellektual müsabiqənin ilk mərhələsi keçirildi.  İlk öncə  müsabiqənin şərtləri şagirdlərə izah olundu. IX – XI sinif şagirdlərini əhatə edən müsabiqə  3 raundda təşkil edilmişdi. Şagirdlərə təqdim olunan  suallar Nizami Gəncəvinin həyatı, “Xəmsə” də ifadə olunan əsas ideyalar , şairin əsərlərindəki məşhur obrazlar , şairin qəzəlləri və ona məxsus müdrik kəlamlar , eyni zamanda görkəmli şəxsiyyətlərin Nizami  haqqında fikirlərini əhatə edirdi.  14 şagirdin iştirak etdiyi intellektual yarışda məktəbin  11 – ci sinif şagirdləri daha üstün nəticələr əldə etdilər.   Məktəbin ədəbiyyat müəllimləri M.Eldarın , Z. Kəminənin  və M. Rahilənin münsifliyi ilə  11 "A" sinif şagirdi  Əliyeva Aidə  I yerə ,  Bədirli Fatimə və Qədimaliyeva Dilarə II yerə layiq görüldülər.  Müsabiqənin şərtlərinə uyğun olaraq  Ə. Aidə ikinci mərhələdə iştirak hüququ qazandı. Sonda məktəbin direktoru Orucəliyev Səfa müəllim qalibi və fərqlənən şagirdləri təbrik etdi , Nizami irsinin öyrənilməsi və təbliğinin son dərəcə önəmli olduğunu vurğuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi