Ailə dəyərləri
Məktəbin fəaliyyət planına uyğun olaraq 8 “B” və 6 “B” sinfinlərində onlayın tədbir keçirildi. Tədbirin mövzusu “Milli –Mənəvi dəyərlərin, “Ailə dəyərlərinin qorunub saxlayaraq gənc nəslə aşılanması” idi. Tədbiri keçirməkdə məqsəd şagirdlərə milli- mənəvi dəyərlərimizi əsrlər boyu xalqımızın həyatında yaşayışında formalaşmışdır və bu dəyərlərimizi gələcək nəslə ötürülməsidir.
Tədbiin aşılışını məktəbin Uşaq birliyi rəhbəri Mədinə İskəndərova etdi. O, bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmaına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Şagirdlərdən Nərmin, Fidan təqdimat hazırlamışdırlar.
Rzaxan, Nahid, Aysun, Nihad, və digər uşaqlar mövzu haqqında məlumat verib öz fikirlərini bildirdilər.
Tədbirin sonunda Şagirdlər Ulu Öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimi haqqında fikirlərindən hazırlanmış video roliki izlədirlər.
Tədbiri yekun olaraq Ümumilli lider Heydər Əliyevin bu sözlərlə bitirdik. Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizləadət-ənənələrimizlə fəxr edirik.
Tədbirdə məktəbin direktor əvəzi Səfa Orucəliyev və UBR Mədinə İskəndərova iştirak etdi.