“Fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası”

Məktəbdə "15 may Beynəlxalq Ailə Günü" ilə bağlı silsilə təbirlərimiz davam edir. Məktəbin fəaliyyət planına uyğun olaraq 6 “B” sinfində onlayn tədbir keçirildi. Tədbirin mövzusu “Fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası” idi. Tədbiri keçirməkdə məqsəd  yeniyetmə yaşlarında olan şagirdləri fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətimizdə qarşıla biləcəkləri problemlər və həmin problemlərin hansı mümkün həll yolları ilə aradan qaldırıla bilməsi,indi və gələcəkdə həmin şagirdlərin bu prosesdə əllərindən gələni əsirgəməmələri gərəkdiyi  haqqında məlumatlandırmaq idi..

Tədbirin açılışını məktəbin Uşaq Birliyi Rəhbəri Mədinə İsgəndərova etdi. O, şagirdlərlə mövzu ətrafında söhbət apardı və həmin şəxslərin biz insanların dəstəyinə necə ehtiyacı olduqlarından bəhs etdi.

Şagirdlərdən Quliyev Sübhan, İbrahimova Fidan, Mahmudzadə Məhəmməd mövzu ilə bağlı hazırladıqları slaydları nümayiş etdirdilər.Kərimli Əli,Məmmədli Fərid,Təvəssoli Zəhra mövzu ilə bağlı maraqlı çıxışlar etdilər,digər şagirdlər isə fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyası prosesində nə kimi tədbirlər görülə biləcəyinə dair fikir mübadiləsində fəal iştirak etdilər.

Tədbirin sonunda  məktəbin direktoru Səfa Orucəliyev bir daha vurğuladı ki, fiziki məhdudiyyətli olmaq heç də cəmiyyətdən təcrid olunma üçün bir səbəb deyil,əksinə həmin şəxslər üçün nə qədər çox iş yerləri yaradılsa, cəmiyyətdə onlara nə  qədər çox ehtiyac olduğu hiss etdirilərsə, onların da bizlərə,cəmiyyətimizə adaptasiya prosesi bir o qədər güclənər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi