“Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda onlayn tədbir keçirildi

Məktəbdə "15 may Beynəlxalq Ailə Günü" ilə bağlı silsilə təbirlərimiz davam edir.Məktəbin fəaliyyət planına  uyğun olaraq 7 «C” sinfində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə əsas məqsəd şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq və inkişaf etdirməkdir. Tədbirin açılışını sinif rəhbəri Aytən Məmmədova etdi. O, şagirdlərə vətənpərvərliyin mahiyyəti, vətənə məhəbbətin öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıq olduğunu bildirdi.

Tədbirdə məktəbin Uşaq Birliyi Rəhbəri Mədinə İskəndərova çıxış edərək bildirdi ki, vətənpərvərlik ailədən, ana laylasından, beşikdən başlayır. Vətəni dərin məhəbbətlə sevmək onun mənafeyini qorumaqdır. Vətən qarşısında borcun dərk edilməsində  təlim-tərbiyə prosesi çox vacib rol oynayır. Mədinə İskəndərova şanlı 44 günlük müharibə yoluna da nəzər saldı. O həmçinin vurğuladı ki, Vətənin qəhrəman oğullarının belə şücaət göstərməsində, yüksək vətənpərvərlik ruhunda böyüməsində məktəb həyatının rolu danılmazdır.

Tədbiri sinfin şagirdləri davam etdirdilər. K.Şövkət, M.Nəzrin təqdimat nümayiş etdilər. S.Şölənin hazırladığı slayd bütün iştirakçılarda ruh yüksəkliyi yaratdı.

Tədbirin sonunda məktəbin direktoru Səfa Orucəliyev şagirdlərə öz tövsiyələrini verərək bildirdi ki, dünyanın hansı ölkəsində yaşamağınızdan asılı olmayaraq vətənimizi sevməli və onu göz bəbəyi kimi qorumalısınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi