“Sağlam həyat tərzi, zərərli vərdişlərin fəsadları”

Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “A” sinfində onlayn tədbir keçirildi. Tədbirin mövzusu “Sağlam həyat tərzi, zərərli vərdişlərin fəsadları” idi. Tədbiri keçirməkdə məqsəd  yeniyetmə yaşlarında olan şagirdləri zərərli vərdişlərin fəsadları haqqında məlumatlandırmaq, sağlam yaşamağın, qidalanmağın faydalarını şagirlərə çatdırmaq idi.

Tədbirin açılışını məktəbin Uşaq birliyi rəhbəri Mədinə İsgəndərova etdi. O, şagirdlərlə mövzu ətrafında xeyli söhbət apardı. Əvvəlcə sağlam bədəndə sağlam ruhun olduğu, sağlamlığın hər şeydən önəmli olduğu vurğulandı. Daha sonra zərərli vərdişlərin fəsadları haqqında danışıldı. Siqarət çəkməyin sadəcə özünə yox, ətrafındakı insanlara, ailəyə də zərər vurduğu söylənildi. Digər zərərli vərdişlərin törətdiyi faciələr haqda da şagirdlərə məlumat verildi.

Şagirdlərdən Quluzadə Lalə, İbrahimova Suqra, Mirzəzadə Aişə təqdimatlar nümayiş etdilər. Nəbizadə Fəxri sağlam həyat tərzini formalaşdırmaq üçün vacib olan məqamları sadaladı.

Tədbirin sonunda məktəbin direktoru Səfa Orucəliyev bir daha qeyd etdi ki, sağlam həyat sağlam gələcək formalaşdırır. Sağlam gələcək, sağlam düşüncə ölkəmizin sabahını yaradır və qurur.

Yeniyetmə yaşlarında olan şagirdlərlə belə tədbirlərin, söhbətlərin davamlı aparılması planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi