Qayğıkeş ana- böyük alim

15 may “Beynəlxalq Ailə günü” ilə bağlı məktəbimizdə silsilə online tədbirlər davam edir. Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Növruzlu Rahilə 7”A” sinfində Azərbaycan elm tarixində dərin izlər buraxan, oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 98-ci ili mübasibətilə tədbir keçirdi. Tədbirdə əsas məqsəd şagirləri Azərbaycanın böyük alimi ilə daha yaxından tanış etmək, onun tibb tarixində hansı işlər gördüyünü öyrətmək idi.

Şagirdlərdən Quluzadə Lalə, Məmmədzadə Tamilla, Nəbizadə Fəxri, Mirzəzadə Aişə təqdimatlar hazırlamışdılar. Q. Lalə, M.Tamilla slaydlar şəklində Zərifə Əliyevanın həyatı, elmi fəaliyyəti haqda geniş məlumat verdilər. Onlar bildirdilər ki, Z.Əliyeva ziyalı bir ailədə dünyaya göz açmış, mükəmməl təhsil almışdır. Belə nəticəyə gəldilər ki, Zərifə Əliyeva təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm işlər görmüşdür. Q.Lalə böyük alimin dərslikləri, monoqrafiyaları haqda məlumat verdi. Həmçinin o qeyd etdi ki, Zərifə Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasında da xeyli əmək sərf edib.

M.Aişə Zərifə Əliyevanın ailəvi fotolarından təşkil olunmuş təqdimat nümayiş etdi.

Daha sonra Zərifə Əliyevanın xatirəsinin əbədiləşməsi haqda görülən işlərdən danışıldı.

Tədbirin sonunda şagirdlər ,həmçinin belə qənaətə gəldilər ki, böyük akademikin simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görmək mümkündür.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi