VI fənn müsabiqəsi keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Suraxanı rayonunda təşkil olunmuş mərkəzlərdən biri 232 №li tam orta məktəbdə VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirildi.
Aprelin 26-da 128 VI sinif şagirdi riyaziyyat və informatika fənləri üzrə, aprelin 27-də isə 113 VII sinif şagirdi fizika, kimya və biologiya fənləri üzrə biliklərini sınadılar.
Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdləri aşkar etmək, şagirdlər arasında rəqabət mühiti yaratmaq, uşaqların müxtəlif fənlərə olan marağını artırmaqdır.