Valideyn iclası keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 9 cu siniflərdə keçirilən online monitorinqin nəticələri valideynlərin, fənn müəllimlərinin iştirakı ilə geniş müzakirə olundu. Ayrı-ayrı siniflərin nəticələri dioqramlarla göstərildi. Məktəblə yanaşı valideyinlərin də üzərinə böyük məsuliyyət düşür, dərslərdə, əlavə məşğələlərdə şagirdlərin iştirakı üçün valideyn nəzarəti əsasdır. Valideynlərin təklifləri nəzərə alınaraq, məsləhətlər verildi . 9 cu siniflərlə psixoloji söhbətlər davamlı şəkildə keçiriləcəkdir.
Tədbirdə direktor əvəzi Səfa Orucəliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova valideynlərə və müəllimlərə görüləcək işlər haqqında məlumat verdilər.