Monitorinqin nəticələri təhlil olundu
Məktəbin illik fəaliyyət planına uyğun olaraq IX siniflərdə Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə keçirilmiş monitorinqlərin nəticələri müzakirə olundu. Fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyinin iştirakı ilə təhlil olundu. Qarşıda duran vəzifələr müəyyənləşdi. Müəllimlərə nəticələri yüksəltmək üçün tapşırıqlar verildi.
İclasda məktəbin direktor əvəzi Səfa Orucəliyev, təlim- tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdilər.