“Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər” mövzusinda online nümunəvi dərs keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 8 "B” sinfində kimya müəllimi Məmmədli Aytən tərəfindən “Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər” mövzusunda online nümunəvi dərs keçirildi. Dərsdə 3.1.1 standartı reallaşdırıldı. Dərsin məqsədi kimyəvi reaksiyaların sürətinə təsir edən amilləri müəyyənləşdirmək üçün müşahidə və təcrübələr aparmaq, nəticələrinə münasibət bildirməkdir. Dərsdə direktor müavini Günel İsmayılova və biologiya müəllimi Fərqanə Əkbərova iştirak etdi.