Erkən nigaha yox deyək!!!

9 "A” sinif şagirdləri ilə "Erkən nigaha yox deyək!" devizi altında maraqlı tədbirimiz oldu. Tədbirin əsas məqsədi şagirdlərin diqqətini gündəmdə olan erkən yaşda nigaha daxil olma sosial problemə yönəltmək idi. 9a sinif şagirdləri A. İbrahim, A. Zaur erkən nigah və onun fəsadları, Azərbaycan Respublikası qanunvericiliyinə görə nigaha daxil olmanın müəyyən olunmuş yaş həddi, Uşaq hüquqları konvensiyasında nigaha daxil olmanın  müəyyən olunmuş yaş həddi, Azərbaycanda erkən nigaha daxil olma haqqında statistik göstəricilər və s. digər problemli məsələlər ətrafında maraqlı təqdimat etdilər. Bugünkü gündə orta məktəbliləri maarifləndirmək, onlara hüquq və haqqı olanı tələb etməyi, erkən nigaha qarşı çıxmağı, haqqı olanı tələb etməyi öyrətmək biz müəllimlərin borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi