Əziz şagirdlər sağlamlığımızı qoruyaq!
7 “A” sinif şagirdləri ilə “Sağlamlığımızı qoruyaq” adlı maraqlı tədbirimiz oldu. Tədbirin əsas məqsədi sağlam həyat tərzinin qaydalarını diqqətə çatdırmaq idi. 7 "A" sinif şagirdləri Allahverdiyeva Nərgiz, Mirzəzadə Aişə , Nəbizadə Fəxri, Hacıyev Elgün, Suqura İbrahimova düzgün qidalanmanın , zərərli vərdişlərdən uzaq durmağın, beyin fəaliyyətinin, gigiyenik qaydalara riayət etməyin, idmanla məşğul olmağın sağlamlığımızı qorumaq üçün vacib amillər olduğunu təqdimatlarla diqqətə çatdırdılar.Bu günkü günlərdə, xüsusilə pandemiya dövründə bu məlumatları şagirdlərin diqqətinə çatdırmaq biz müəllimlərin borcudur