“Qarabağ həqiqətləri” adlı onlayn tədbir keçirildi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 16.11.2020-ci il F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Failiyyət planına uyğun olaraq 7 “A” sinfində “Qarabağ həqiqətləri” adlı onlayn tədbir keçirildi. Tədbirdə əsas məqsəd Qarabağ haqqında tarixi həqiqətləri üzə çıxarmaq, şagirdlərdə bu hadisələri qiymətləndirmək və onlara münasibət bildirmək bacarıqlarını formalaşdırmaq idi.

Tədbir Uşaq birliyi rəhbəri  Mədinə İsgəndərovanın çıxışı ilə başladı. O, Qarabağ münaqişəsinin yaranması,  1988-ci il hadisələrinin ermənilər tərəfindən planlı şəkildə  hazırlanması haqqında danışdı. Dünyaya öz gücümüzü sübut etdiyimiz 44 günlük müharibə tarixindən də bəhs etdikdən sonra şagirdlərə söz verildi. Q.Lalə “Qarabağ həqiqətləri” adlı slayd nümayiş etdirdi. M.Aişə “Saxta erməni mədəniyyəti” adlı təqdimatla çıxış etdi. Təqdimatda göstərilirdi ki, ermənilər nəinki yalnız torpaqlarımızı mənimsəmək arzusunda olub, hətta onlar musiqilərimizə, çalğı alətlərimizə, milli geyimlərimizə də göz dikiblər. Şagirdlərdən Ə.Əli, M.Tamilla da mövzu üzrə slayd nümayiş etdilər. Ə.Əli slaydında XX əsrin əvvələrindən başlayan münaqişənin necə yaranmasından, ermənilərin Azərbaycana köçürülmə tarixindən bəhs edirdi.

İ.Turan, N.Fəxri, B.Fərid şifahi təqdimatlarla çıxış etdilər.

Tədbirin sonunda M.İsgəndərova və Azərbaycan dili və ədəbiyyat müəllimi Novruzlu Rahilə şagirlərin işlərinə münasibət bildirdilər və bu tədbirlərin davamlı olacağını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi