Ədəbi-bədii diskusiya

Azərbaycan Respublikasının Təhsil Nazirinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə

bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” 09.03.2021 ci il tarixli F74 nomrəli əmrinin təmin etmək məqsədilə məktəbimizin fəaliyyət planına uyğun olaraq məktəb kitabxanasının nəzdində fəal oxuculardan 6 nəfərin iştirakı ilə Nizami Gəncəvinin “Yeddi gözəl ”poemasının əxlaqı tərbiyəvi cəhətləri mövzusunda ədəbi-bədii diskusiya keçirildi.

Ədəbi -bədii diskusiya şəklində baş tutan söhbətdən şagirdlər əsərin oxucuya humanist dəyərlər aşıladığını, ədalətli cəmiyyətin qanunlarının önəmini vurğuladılar.

 Məktəbin kitabxana müdiri M.Aytən ,UBR İ. Mədinə, ədəbiyyat müəllimi Z.Kəminə bildirdilər ki, “Xəmsə” nin qeyd olunan tədqiqi və təhlili göstərir ki filosof –şair və tərbiyəçi-pedaqoq olan dahi Nizami elmə,təhsilə,təlim tərbiyə,müasir elmi dildə desək pedoqoji prosesə daha böyük önəm vermişdir. “Xəmsə”də həmin məsələlərlə bağlı bu gündə öz dəyərini itirməyən hikmətli  fikir və ideyalar irəli sürmüşdü. Kamil insanın formalaşmasında elmin, təhsilin,  biliklərə yiyələnməyin çox böyük rol oynadığını öz əsərlərində qeyd etmişdir.

Eyni zamanda “Yeddi gözəl” əsərində şair ədalətli cəmiyyətin xeyirin sosial əxlaqi fizioloji idrak və tərbiyyəvi cəhətləri tərənnüm etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi