31 Mart Soyqırım həqiqətləri
31 mart - Azərbaycanlıların soyqırımı Günü ilə bağlı 1”A”sinfinin rəhbəri Rəna Abdullayeva sinif təşkilat saatı keçirdi. Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi birdəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Sinif rəhbəri ermənilərin 1918–ci il martın 31–də Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən, ağlasığmaz qəddarlıqlardan söz açdılar. Bu soyqırımdan 100 il keçməsinə baxmayaraq, ermənilər vandallıqlarını davam etdirirlər.
Kiçik məktəblilər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
Sonda şagirdlər xalqın, vətənin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini əziz tutacaqlarını da qeyd etdilər.