"31 Mart Soyqırım Günüdür"
Məktəbin fəaliyyət planına uyğun olaraq 8 “B” sinfində " 31 Mart Soyqırım Günüdür" adlı tədbir keçirildi. Məqsəd faciə qurbanlarının xatirəsini şagirdlərin yaddaşında yaşatmaqdır. Tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək 31 mart soyqırımının Azərbaycan xalqının həyatında böyük faciə olduğunu qeyd etdi. Bu soyqırım Azərbaycan xalqını məhv etmək üçün nəzərdə tutulmuşdu. Lakin, onlar yanılmışdılar. Azərbaycanlıların müstəqillik ideyalarını boğa bilmədilər. Erməni faşistlərinin bu arzuları da ürəklərində qaldı. AXC-nin yaranması və fəaliyyəti bunun bariz nümunəsidir.Sonra şagirdlərdən Elləzov Nahid faciəyə dair topladığı materialla iştirakçıları tanış etdi. Fidan qocaların, qadınların, uşaqların heç bir günahı olmadığını vurğuladı. Sonra vurğulandı ki, erməni, rus birləşmiş qüvvələri hər nə etsə də Azərbaycan xalqının azadlıq ideyalarını boğa bilmədi. İkinci Qarabağ savaşı bunu bir daha sübut etdi.Bütün şəhidlər, o cümlədən, soyqırım şəhidləri də qəlbimdə əbədi yaşayacaq.